“Ümumiyyətlə qəzaların səbəbi olmur, onun yarıdıcı faktoru olur. Bu yaradıcı faktor 3 sistemdən ibarətdir: Yol, mühit və insan”.
Bu sözləri Moderator.az-a “Yol qəzalarına daha çox səbəb olan hallar hansılardır?” sualımızı cavablayarkən nəqliyyat məsələləri üzrə ekspert Anar Əsədov danışdı. Ekspert qəzaya səbəb olacaq bütün halları öz açıqlamasında qeyd etdi:
“Bunlar qəzaların, müyyən problemlərin yaranmasında mühim şərtləndirən faktorlardır. Misal üçün insan faktoru burada ən başlıca, vacib bir elementdir. Yol yaxşı ola bilər, onun elementi yaxşı ola bilər, amma idarə edən şəxs, sürücü müəyyən qaydalara riyayət etməz, idarəetməni itirər və qəza baş verər. Bu kimi hallar yolverilməzdir, xüsusi bir ağır çəkiyə malikdir, yəni yol-nəqiliyyat hadisələrinin başlıca səbəbi budur. Digər bir məsələ isə Azərbaycan mühitində təbii ki, nəqliyyatın parametrləri də üstünlük təşkil edir. Misal üçün ola bilər ki, yol kefiyyətlidir, daha da yaxşı olmağı istiqamətində də işlər görülür, amma məsələn səhər vaxtıdır insan yağışlı, şaxtalı havada maşın sürür, qaranlıqda işğının biri yanmır , yağışlı havada şüşəsiləni işləmir və s. Bu kimi hallar sürücü nə qədər peşəkar, qayda-qanunlara riyayət edən biri olsa belə qəza hallarının yaranmağına səbəb olur. Bu kimi amilləri də nəzərə almaq mütləqdir. Digər faktorlar isə tədricən yoluna düşəcək”.