Yermak İsraili qınadı: İran PUA-larına qarşı silah verin

Ukrayna Prezident Aparatının rəhbəri Andriy Yermak İsrailin ölkəsinə hərbi yardım göstərməkdən imtina etməsindən məyus olduğunu bildirib.

Sozcu.az “Times of Israel”ə istinadla xəbər verir ki, o, İran pilotsuz təyyarələri ilə mübarizə aparmaq üçün İsrail texnologiyasını əldə etməyə ümid etdiyini bildirib.

Yermak bəyan edib ki, İsraildən başqa heç kim İran PUA-larının hücumları ilə mübarizə aparmaq üçün avadanlıq təmin edə bilməz. 

O, İsrail baş naziri Benyamin Netanyahunun Ukraynanı açıq şəkildə dəstəkləməməsindən məyus olduğunu bildirib. 

Share on Facebook