Rusiya imperiyasının müvəqqəti(!) nəzarəti altında olmaqla hələ də faktiki erməni işğalı altında qalan Sərsəng su anbarının yeni video-görüntüləri yayılıb.
Sozcu.az xəbər verir ki, həmin görüntüləri Xankəndindəki qanunsuz "artsax ictimai televiziyası" su abarının mövcud durumuna həsr edilmiş reportajda yayımlayıb.
2022-ci il dekabrın 12-dən, yəni Laçın-Xankəndi yolunda Azərbaycan eko-fəallarının məlum aksiyası başlanandan bəri Azərbaycan Respublikasının müvəqqəti(!) olararaq Rusiyanın nəzarətində qalmış ərazisindəki 32 "yaşlı" separatçı-terrorçu rejim işğal altındakı Sərsəng su anbarında ekoloji fəlakətin yaranmasındakı günahlarını boynundan atmaq və bunu da rəsmi Bakının adına yazdırmağa çalışır. Separatçılar mütəmadi olaraq su anbarının foto və video-görüntülərini yayaraq beynəlxalq aləmdə də yanlış rəy yaratmağa çalışır.
Bundan əvvəl mediada separatçı xuntanın qondarma “dövlət naziri” Qurgen Nersisyana istinadla "Sərsəngin su ehtiyatı kritik həddə çatıb - demək olar ki, 88 milyon kub metr, yəni ümumi həcmin təxminən 15%-i,- və ölü (istifadəyə yararlı olmayan) həcmə yaxınlaşır - təxminən 70 milyon kub metr”..." məlumatı da yer almışdı.
Xatırladaq ki, 2022-ci il avqustun 22-də "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin nümayəndələri Xankəndindəki separatçı rejimin mütəxəssislərin iştirakı ilə Qarabağ iqtisadi rayonunda yerləşən Sərsəng su anbarına baxış keçirib. Həmin vaxt su anbarındakı durum indikindən qat-qat yaxşı olub...moderator