Yeni Yasamalda, Ə.Əhmədov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğında 12 nəfər tüstüdən zəhərlənib.
Sozcu.az FHN-ə istinadla xəbər verir ki, 17 mərtəbəli yaşayış binasının elektrik şaxtasında baş vermiş yanğın mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinlərinin təxliyəsi həyata keçirilib.
TƏBİB-in məlumatına görə, çağırış ünvanına 4 təcili tibbi yardım briqadası cəlb olunub. 12 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə yerində tibbi yardım göstərilib. 2 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə təxliyə olunub.