Hindistana səfərini başa vuran Yaponiyanın Baş naziri Fumio Kişida Ukraynaya yola düşüb.
Sozcu.az xəbər verir ki, bu barədə Yaponiyanın Kyodo agentliyi hökumətdəki mənbələrə istinadla xəbər yayıb.
Agentlik yazır ki, adətən Yaponiyanın baş nazirinin xaricə səfərindən əvvəl ictimaiyyətə açıqlama verilirdi. Bu dəfə ənənə pozulub.
Bildirilir ki, səfər Yaponiyanın Ukraynaya dəstəyini nümayiş etdirir.