Xocavənddə partlayış: xəsarət alan var

Xocavənddə arıçılıq təsərrüfatında partlayış olub, xəsarət alan var.

Bu barədə Sozcu.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan bildirilib.

Qeyd olunub ki, bu gün saat 09:30 radələrində Xocavənd rayonu Çartar kəndi ərazisində arıçılıq təsərrüfatında hərbi təyinatlı partlayıcının partlaması bağlı polisə məlumat daxil olub. 1996-ci il təvəllüdlü Samir Füzuli oğlu Ələsgərov əlindən xəsarət alıb.

Vətəndaş xəstəxanaya təxliyə edilib.

Faktla bağlı araşdırma aparılır.

Share on Facebook