Azərbaycan Respublikasının müvəqqəti(!) olaraq Rusiyanın "sülhməramlı" sayılan hərbi kontingentinin nəzarətində olan və 32-ci ildir haykların işğalı altında qalan Xocalı rayonu ərazisində Rusiya günü qeyd olunub.
Sozcu.az xəbər verir ki, bu haqda video-görüntülər sosial şəbəkələrin erməni seqmentində yayılıb.
Rusiyanın dövlət bayramını qeyd edən həmin ölkənin "sülhməramlı" kontingentidir. Tədbi,r çox güman ki, "sülhməramlı"ların Xocalı hava limanı ərazisindəki mərkəzi qərargahında qeyd olunub....
İyunun 12-də Rusiya Günü qeyd edilir. 1990-cı ilin bu günü RSFSR Xalq Deputatları Soveti Rusiyanın dövlət suverenliyi haqqında Bəyannaməni təsdiq edib.
1991-ci il iyunun 12-də ilk prezident seçkiləri keçirilib, ölkənin adı dəyişdirilərək Rusiya Federasiyası adlandırılıb, yeni Konstitusiya qəbul edilib.
Onu da xatırladaq ki, 1992-ci i fevralın 26-da Xocalıdakı Azərbaycan türklərinə qarşı soyqırım məhz Rusiyanın Xankəndində yerləşən 366-cı alayının dəstəyi ilə həyata keçirilib...moderator