Ermənistanın terrorçu ekes-prezidenti Serj Sərkisyanın mühafizəsinə rəhbərlik etmiş dövlət mühafizə xidmətinin sabiq rəisi, general-mayor Vaçaqan Kazaryan yenidən həbs edilib.
Sozcu.az xəbər verir ki, bu haqda News.am məlumat yayıb.
Həbsin səbəbləri hələki rəsmən açıqlanmayıb.
Xatırladaq ki, V.Kazaryan ilk dəfə 2018-ci ilin noyabrında həbs olunmuşdu. O zaman Xocalı canisinin keçmiş baş mühafizəçisi külli miqdarda mənimsəmələrdə, gəlirlərini gizlətməkdə, qanunsuz yolla varlanmaqda ittiham olunub. Onun evində aparılan əməliyyat axtarış tədbirləri zamanı 35 milyon erməni dramı və ya 1 milyon 110 min 400 ABŞ dolları və 230 min 500 avro aşkarlanıb. Növbəti gün isə onun qarajından əlavə 2 min dollar tapılıb.
“Sürücü Vaço” kimi tanınan və keçmiş prezident Serj Sərkisyanın ən yaxın adamlarından biri olan V.Kazaryan ilk dəfə 2018-ci ilin iyunundakı həbsindən az sonra zaminə buraxılmış və istintaq müddətində dövlətə vurduğu ziyanın 5,8 milyon dollarını ödədiyinə görə 2021-ci ildə amnistiyaya düşmüşdü.. Lakin 2022-ci ildə V.Kazaryan və arvadı bir daha həbs ediliblər. Onlar zor tətbiqetmə ilə pul tələb etməkdə ittiham olunublar.