Xırdalanda parkdan oturacaq və idman aləti oğurlandı

Xırdalan şəhəri ərazisində yerləşən parkların birindən 3000 manat dəyərində oturacaq və idman aləti oğurlanıb. 

Bu barədə Sozcu.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. 

Hadisə barədə polisə məlumat daxil olub. Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Sənan Talıbov müəyyən olunaraq saxlanılıb. 

Faktla bağlı araşdırma aparılır. 

Share on Facebook