Bir duam var...qəbul eylə,noolar,
Məndən əzəl alma onu, İLAHİ.
Cahıl olub,nə eyləyib eyləyib,
Gözlərimdən salma onu,İLAHİ...
O gedəli heç gülmürəm,bilirsən,
Nə ölürəm...nə ölmürəm...bilirsən
SƏN biləni mən bilmirəm, bilirsən,
Nolar,suçlu bilmə onu, İLAHİ.
Ürəyimin gizli,saxlı yeridi,
Sevincimin şax-budaqlı yeridi.
Yaddaşımın yaraşıqlı yeridi,
Yaddaşımdan silmə onu , İLAHİ.
O taleyi kürsə... ona bağışla,
Pir bilirdim...pirsə, ona bağışla.
Bir savabım varsa,ona bağışla,
Nolar, suçlu bilmə onu,İLAHİ,
Məndən əvvəl alma onu,İLAHİ.
Xatirə Rəhimbəyli