Xankəndidə erməni iş adamına məxsus pab-restoranın qapısı Ağdamın Şahbulaq qalasından gətirilib.
Sozcu.az xəbər verir ki, bu barədə tarixçi alim, dosent Zaur Əliyev qeyd edib.
Alim bildirib ki, pabda istifadə edilən qapı Şahbulaq qalasında qədim məscidin qapısıdır:
“1993-cü ildə ermənilər tərəfindən işğal edildikdən sonra kompleksin daxilindəki məscid, hamam, Xan sarayı və bəzi yaşayış evləri sökülüb dağıdılmış, müxtəlif məqsədlər üçün istifadə edilmişdir. Dağıdılan bu məscid 1752-ci ilə aid idi”.
Alim onu da vurğulayıb ki, məscidin qapısını ermənilər qəsdən paba qoyublar, burda məqsəd islam dinini təhqir etməkdir.
Xatırladaq ki, ermənilər Ağdam məscidində də donuz saxlayırdılar.