Xankəndi partlayışından ölənlərin sayı artdı

Xankəndidə 25 sentyabr 2023-cü ildə yanacaq məntəqəsində baş verən yanğınla bağlı ən son məlumat elan edilib.

Bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb. 

Bildirilib ki, yanacaq-sürtkü materialları anbarında baş vermiş partlayış nəticəsində 218 nəfər ölüb, 120 nəfər yaralanıb.

218 öləndən üçünün şəxsiyyəti hələlik müəyyən edilməyib.

Partlayış zamanı anbarda 1000-ə yaxın vətəndaş olub. Anbarda 300 min litr yay, 77 min litr qış dizel yanacağı və 42 min litrə yaxın benzin olub.

Share on Facebook