Vaqif Xaçatryan və dəstəsi şəhid qardaşımı yandırıblar.
Sozcu.az xəbər verir ki, bunu qanunsuz erməni silahlı birləşmələrinin tərkibində 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın məhkəməsində iş üzrə zərərçəkmiş qismində ifadə verən Camal Allahverdiyev deyib.
Onun sözlərinə görə, Meşəliyə hücum zamanı qardaşı Allahverdi Allahverdiyev şəhid olub: “Hətta şəhid olan qardaşımı da yandırıblar. Qardaşımın külünü atam çaynikdə yığaraq aparıb basdırıb. Bacım və özüm yaralanmışdım. Vaqif və onun dəstəsi kəndimizə hücum edib. Ola bilməz ki, sən kəndə hücumda olmamısan. Görənlər də olub. Sən də orada olmusan. Ona görə də Vaqif Xaçatryana ömürlük həbs cəzasının verilməsini istəyirəm”.
Vaqif Xaçatryan isə Camal Allahverdiyevin atasını tanıdığını etiraf edib: “Allahverdiyev, mən sənin atanı da tanıyıram”.