Veteranlara verilən 80 manat bu qədər artacaq

Son günlər bir çox sahədə sosial müavinətlərin artırılması müzakirə edilir. Hazırda müharibə veteranlarının aylıq müavinəti 80 manatdır. Bəs görəsən onlara dövlət tərəfindən ayrılan müavinət artırıla bilərmi?

Sozcu.az xəbər verir ki, mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən sosioloq Elçin Bayramlı bildirib ki, bu müavinətlərin artırılması gözləniləndir:

"Hesab edirəm ki, veteranlıq üçün alınan müavinət ən azı 2 dəfə artırılmalı, minimum 150 manata çatdırılmalıdır. Çünki bu adamlar müharibədə iştirak edib, vətən uğrunda sağlamlıqlarını qurban veriblər. Amma indi onların əksəriyyəti sosial cəhətdən aztəminatlıdır. Onların arasında çox az maaşa işləyənlər, hətta işsizlər belə var. Dövlət bu məsələdə öz köməkliyini göstərməlidir. Bu müavinətlərin artırılması gözləniləndir, lakin məbləğin 150 manatdan daha çox olması isə gözlənilmir".

Share on Facebook