Vardanyan Nobel Sülh Mükafatına namizəd göstərildi

Ruben Vardanyan xeyriyyəçilik və humanitar fəaliyyətinə görə 2024-cü il Nobel Sülh Mükafatına namizəd göstərilib.

Onun namizədliyi bir sıra nüfuzlu şəxslər, o cümlədən Nobel Sülh Mükafatı laureatı tərəfindən təklif olunub.

Vardanyanın ofisi məlumatı təsdiqləyib. 

“Nüfuzlu şəxslər Ruben Vardanyanı bu yüksək mükafata nəinki Ermənistanda, hətta bir sıra ölkələrdə beşə yaxın yeni və analoqu olmayan təhsil, xeyriyyə, elm və humanitar strukturların yaradılması və dəstəyinə görə irəli sürüblər”, – deyə erməni revanşistin ofisindən bildirilib.Musavat.com

Share on Facebook