Vaqnerçilərin nəhəng qəbiristanlığı - Şok video

Krasnodar vilayətinin Qoryaçiy Klyuç şəhəri yaxınlığında Ukraynada öldürülmüş vaqnerçilərin basdırıldığı qəbiristanlığın görüntüləri yayılıb.

Sozcu.az xəbər verir ki, qəbiristanlığın görüntülərini paylaşan yerli sakinlərdən biri həddən artıq məzarın olduğunu bildirib.

“Nə qədər insan ölüb. Nə qədər məzar var. Saymaqla bitmir. Sonu yoxdur. Hamısı da 2022-ci ilin sonu – 2023-cü ilin əvvəlinindir”, - çəkiliş aparan şəxs deyib.

Qeyd edək ki, bir müddət öncə “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinlə Qoryaçiy Klyuç şəhərinin meri arasında mübahisə yaranmışdı. Mer Ukraynada öldürülən vaqnerçilərin şəhər qəbiristanlığında basdırılmasına icazə vermədiyi üçün Priqojin də onu hədələmişdi.

Daha sonra problem həll olunmuş və dəfnə icazə verilmişdi.

Share on Facebook