Urmu gölündə su həcmi son 60 ildə ən aşağı səviyyəyə çatdı

İranın Şərif Universitetinin araşdırmalarının nəticələrinə görə, Urmu glündə su həcmi son 60 ildə ən aşağı səviyyəyə düşüb.

Bu barədə İranın "Etimad" qəzeti məlumat dərc edib.

Məlumatda İranın keçmiş Ekologiya naziri İsa Kələntəriyə istinadən bildirilib ki, İbrahim Rəisinin hakimiyyətə gəlməsindən sonra gölün bərpası ilə bağlı bütün təbliğatlara baxmayaraq, Urmu gölündə suyun səviyyəisi dahada azalaraq 700 milyon kubmetrə düşüb.

"Bu gedişlə ilin sonuna kimi Urmiya gölündə su qalmayacaq və göl bataqlığa çevriləcək",- keçmiş nazir xəbərdarlıq edib. 

Share on Facebook