Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmiya şəhərinin təhlükəsizlik idarəsinin təcridxanasında siyasi məhbus Şirzad Əhmədinejad işgəncə ilə öldürülüb.
Sozcu.az xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb.
Yaxınlarının bildirdiyinə görə, məhbusun cənazəsi ailəsinə təhvil verilməyib.
Ölüm xəbəri yayıldıqdan sonra martın 15-i gecə saatlarında Şirzad Əhmədinejadın doğulduğu Bukan şəhərində etiraz aksiyaları olub.