Qərbi Azərbaycan əyalətinin mərkəzi olan Urmiya şəhərinin həbsxanasında Abdullah Bədəvi adlı məhbus həyatını itirib.
Sozcu.az xəbər verir ki, bu barədə İran İnsan Haqları Təşkilatı məlumat yayıb.
Abdullah Bədəvinin ürək çatışmazlığı və diabet xəstəliyindən əziyyət çəkməsinə baxmayaraq, müalicə almasına və dərman qəbul etməsinə icazə verilmədiyi üçün həyatını itirdiyi bildirilib.
Qeyd edək ki, Beynəlxalq Əfv Təşkilatı İran həbsxanaları ilə bağlı yaydığı hesabatda Urmiya həbsxanasını məhbusların saxlanma şəraiti və həyati təhlükəsinə görə İslam Respublikasında ən pis həbsxana elan edib.