Urmiya gölünün səviyyəsi daha 49 sm aşağı düşdü

İran hökumətinin Urmiya gölünün bərpası, gölə su buraxılması ilə bağlı təbliğatlarına baxmayaraq, gölün hazırkı durumu ötən ilin eyni dövrü ilə müqayisədə daha pisləşib.

Sozcu.az xəbər verir ki, bu barədə Xəzər və Urmiya Gölü Su Ehtiyatlarının İnteqrasiya edilmiş İdarəetmə Mərkəzinin baş direktoru Kiyasət Əmirian deyib.

Onun sözlərinə görə, göldə suyun səviyyəsi ötən ilin aprel ayına nisbətdə 49 santimetr aşağı düşüb. Hazırda göldə 1.63 milyard kubmetr su olduğu bildirilib.

Qeyd edək ki, Urmu gölünün su həcmi göl qurudulmamışdan öncə ortalama 17.28 milyard kubmetr olub.

Share on Facebook