Ukrayna Müdafiə və Təhlükəsizlik Şurasının katibi Rüstəm Umerov müharibəyə son qoymaq üçün sülh müqaviləsi layihəsinin 28 bəndindən birinə əhəmiyyətli dəyişikliklər edib.
Sozcu.az xəbər verir ki, bu barədə Qərb mediası ABŞ-ın yüksək vəzifəli rəsmisinə istinadən məlumat yayıb.
“Əvvəlcə sənəddə Ukraynaya daxil olan bütün beynəlxalq yardımların auditinin aparılması tələbi var idi. Bu formul mümkün korrupsiya pozuntularını müəyyən etmək məqsədi daşıyırdı. Lakin layihənin yenilənmiş versiyasında bu bənd çıxarılıb. Bunun əvəzinə, bütün tərəflərə müharibə zamanı etdikləri hərəkətlərə görə tam əfv verən bir müddəa təqdim edilib”, - mənbə bildirib.
