Ukrayna prezidenti Vladimir Zelenski fransalı həmkarı Emmanuel Makronla Parisin Ukraynaya xarici qoşunların yerləşdirilməsi təşəbbüsünü müzakirə edib.
Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna lideri Brüsseldə Makronla görüşdən sonra özünün Telegram kanalında yazıb.
“Biz prezident Makronun Ukraynada sülhə gedən yolda sabitliyə töhfə verə biləcək hərbi qüvvələrin olması ilə bağlı təşəbbüsü üzərində işləməyə davam etdik.
“Emanuel Makron sülhə nail olmaq üçün bütün lazımi addımları həyata keçirmək üçün digər tərəfdaşları ilə ünsiyyəti haqqında məlumat verib”, - Zelenski qeyd edib.
O, şəxsi söhbəti məhsuldar adlandırıb və Makrona bildirib ki, Ukraynanın hava hücumundan müdafiə sisteminin gücləndirilməsi əsas prioritet olaraq qalır. O, həmçinin Fransada daha bir Ukrayna briqadasının təlimi ilə bağlı Makronla razılaşdığını bildirib.
“Ordumuz üçün bir briqada hazırladığı üçün Fransaya təşəkkür etdim. razılaşdıq ki, bu əməkdaşlığı davam etdirək və daha bir briqada hazırlayaq. Ümid edirik ki, digər tərəfdaşlar da bu səylərə qoşulacaq və əlavə Ukrayna briqadalarının hazırlanmasına töhfə verəcəklər”, - o yazıb.