Ukraynanın müdafiə naziri Oleksiy Reznikov ölkəsinin itkiləri barədə qəribə ipucu verib.
Sozcu.az xəbər verir ki, o, İspaniyanın “La Razon” qəzetinə müsahibəsində bu mövzudan söz açıb.
"Ukraynanın müharibədə itkiləri fevral ayında Türkiyədə baş vermiş zəlzələ qurbanlarının sayından azdır. Təbii ki, qurbanlarımız var, çünki müharibə şəraitindəyik. Ancaq bizim itkilərimiz Rusiyanınkından daha aşağıdır. Sizə bir rəqəm deyə bilmərəm, ancaq sizi əmin edə bilərəm ki, ümumi itki sayımız Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayından azdır”, - o qeyd edib.
Qeyd edək ki, Türkiyədə zəlzələ nəticəsində 51 minə yaxın insan həlak olub.