Bu gecə Ukrayna ordusu Cankoy rayonunda rusların bir S-400 zenit-raket diviziyasına, həmçinin Çernomorskoye və Yevpatoriya yaxınlığında iki S-300 zenit-raket diviziyasına uğurlu zərbələr endirib.
Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından məlumat verilib.
“Atılan raketlərimizin heç biri düşmənin “yüksək effektiv” hava hücumundan müdafiəsi tərəfindən tutulmayıb, xüsusən də Ukrayna raketlərinin hücumlarından sonra S-300/S-400 komplekslərinin fəaliyyəti dərhal dayanıb. Rus işğalçılar Krımda böyük itkilərə məruz qalıb”, - məlumatda qeyd olunub.