Ukraynada müharibə davam edir, dondurmaq olmaz

Ukraynada müharibə davam edir və kifayət qədər uzun müddət davam edə bilər, lakin onu dondurmaq olmaz.

Sozcu.az xəbər verir ki, bunu Ukrayna Baş nazirinin Avropa və Avro-Atlantik inteqrasiya məsələləri üzrə müavini Olqa Stefanişina bildirib.

Onun sözlərinə görə, bu, dövlətin mövcudluğu uğrunda müharibədir və o, Avropanın müharibə şəraitində yaşadığı normallığa keçə bilməz.

"Ona görə də hesab edirəm ki, zaman keçdikcə müttəfiqlər də Ukraynanı dəstəkləmək üçün səfərbər olacaqlar".

Share on Facebook