Ukraynada daha bir azərbaycanlı həlak oldu

Ukrayna ordusunun əslən azərbaycanlı olan zabiti Elvin İlqar oğlu Novruzov müharibədə həlak olub.

Sozcu.az xəbər verir ki, bu haqda “Hərbi Xəbərlər” Teleqram kanalı məlumat yayıb.

35 yaşlı Elvin Novruzov əslən Biləsuvar rayonundandır, Ukrayna vətəndaşıdır.

Ailəli idi, bir övladı var.

Share on Facebook