Ukrayna Zaporojyedə rusların müdafiə xəttini yarır

Hazırda Zaporojye vilayətinin qərbində Rusiya müdafiə istehkamlarının arxasında Ukrayna zirehli texnikası fəaliyyət göstərir. Amma Ukrayna Silahlı Qüvvələrinin rusların bu müdafiə xəttini tamamilə yardığını söyləmək hələ tez olardı.

Sozcu.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.

“Sentyabrın 21-də yayılan geolokasiya görüntüləri göstərir ki, Ukrayna zirehi texnikası üçqatlı müdafiənin bir hissəsini təşkil edən Rusiya tank əleyhinə xəndəklər və “əjdaha dişləri” sədlərindən cənuba doğru irəliləyib, Verbovoyenin bilavasitə qərbində (Orexovdan 18 km cənub-şərqdə) məhdud döyüşə başlayıb. Bununla belə, Ukrayna qoşunlarının bu mövqeləri tutub-tutmaması aydın deyil”, - məlumatda deyilir.

Share on Facebook