Ukrayna “Vaqner”lə əlaqəli şəxslərə sanksiya tətbiq edib

Ukrayna “Vaqner” özəl hərbi şirkətlə (ÖHŞ) əlaqəli şəxslərə, o cümlədən muzdluların fəaliyyətini təmin edən hüquqi şəxslərə sanksiya tətbiq edib.

Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski müvafiq sərəncam imzalayıb.

Bildirilib ki, Milli Təhlükəsizlik və Müdafiə Şurası “Vaqner” ÖHŞ-nin rəhbəri Yevgeni Priqojının qızları – Veronika və Polinaya sanksiya tətbiq edib.

Bundan başqa, sanksiyalar altına “Vaqner” ləqəbli, adı çəkilən ÖHŞ-nin qurucusu sayılan Dmitri Utkin də düşüb.

Ümumilikdə sanksiya siyahısına 164 fiziki şəxs və 85 şirkət daxildir. Onlara ticari, həmçinin başqa iqtisadi və maliyyə əməliyyatları yasaqlanır, eyni zamanda Ukrayna ərazisindəki aktivlərin dondurulması, texnologiyaların ötürülməsi qadağası və s. işə salınır.

Share on Facebook