ABŞ və Qərb heç vaxt Rusiyaya, Putinə qarşı bu qədər qətiyyətli olmamışdı. Ukrayna torpaqlarını işğal edən Rusiya indi özü işğala məruz qalır - ukraynalılar tərəfdən. Mən fotolarda Rusiyadan güc alan ermənilərin Xocalıdan, Laçından, başqa rayonlarımızdan, öz yurdundan, yuvasından qovduğu, qaçqın düşən azərbaycanlıları görmüşdüm. İndi fotolarda Kurskdan - Rusiyadan qaçan rusları görürəm. Rusiya başqalarına yaşatdıqlarını az da olsa, yaşayır.
Ukraynanın Avropa, yoxsa Rusiya yolunu tutması öz seçimidir, öz haqqıdır. Özünə hörmət edən heç bir xalq Rusiya, Çin, Şimali Koreya, İran, Belarus yolunu seçməz! Özünə hörmət edən ukraynalılar ən böyük alqışlara, xoş sözlərə layiqdir. Slava, Ukrayna!
Rəşad Ergün, Jurnalist