“Bir aydan sonra Krımda olacağıq”.
Bunu Ukrayna Silahlı Qüvvələrinin (SQ) baş komandanı general Valeri Zalujnı Britaniyanın “The Times” nəşrinə müsahibəsində deyib.
Onun sözlərinə görə, qarşı tərəfin keçilməz müdafiə mövqelərinə malik olması cəfəngiyyatdır: “Biz artıq o mövqeləri keçmişik. Ukrayna ordusunun piyadaları və zirehli texnikaları irəliləyir”.
Qeyd edək ki, Krım 2014-cü ildə qanunsuz şəkildə ilhaq edilib.