Ukrayna silah almaq üçün ayda nə qədər pul xərcləyir?

Ukrayna ordu üçün silah, sursat və texnikanın alınmasına təxminən bir milyard ABŞ dolları xərcləyib.

Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Maliyyə Nazirliyinin hesabatında deyilir.

Məlumata görə, mart ayında Ukrayna büdcəsindən hərbçilər üçün silah, sursat və texnikanın alınmasına 34,4 milyard qriven (935 milyon ABŞ dolları) xərclənib, fevralda bu xərclər 867 milyon dollar, yanvarda 780 milyon dollar olub.

Ukrayna dövlətinin bütün xərclərində hərbi xərclərin payı təxminən 15% təşkil edir.

Share on Facebook