Ukrayna Silahlı Qüvvələri arxa cəbhədə Rusiyanın hərbi obyektlərinə zərbələr endirir.
Sozcu.az xəbər verir ki, bu barədə Müharibənin Öyrənilməsi (ISW) İnstitutu məlumat yayıb.
Bildirilir ki, Rusiya mənbələrinin iddialarına əsasən, Ukrayna qüvvələri Luqansk vilayətində arxa cəbhəyə zərbələr endirməkdə davam edir. Xüsusilə, Luqanskın Rubejnoye və Troitskoye yaşayış məntəqələri vurulub. Bundan əlavə, Zaporojye bölgəsində Rusiyanın arxa xətlərinə zərbələr endirilməsi məlumdur.
“Rusiya mənbələri aprelin 14-də Ukrayna qüvvələrinin Kupyansk-Svatovo xətti boyunca kəşfiyyat fəaliyyətini davam etdirdiyini də iddia edib”, - məlumatda deyilir.