Ukrayna ordusu son sutkada Rusiyanın 30 "Shahed" PUA-nı məhv edib

Ukrayna Silahlı Qüvvələri son sutkada Rusiyanın İran istehsalı olan 30 “Shahed” pilotsuz uçuş aparatını (PUA) məhv edib.

Bu barədə Ukrayna Hərbi Hava Qüvvələrindən bildirilib.

Rusiya ordusu gecə boyu ümumilikdə 33 PUA ilə Ukrayna ərazisinə hücum edib.

Bundan başqa, Ukrayna Hərbi Hava Qüvvələri Rusiyanın 1 “İsgəndər-M” qanadlı raketini vurub.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.

Share on Facebook