Ukrayna ordusu Melitopolda irəliləyir

Ukrayna ordusu Melitopol istiqamətində 1,5 kilometr irəliləyə bilib. 

Sozcu.az xəbər verir ki, bunu Tavriya istiqamətində Müdafiə Qüvvələrinin birgə mətbuat mərkəzinin sözçüsü Valeri Şerşnya deyib.

Onun sözlərinə görə, Ukrayna hərbçiləri ərazinin minalardan təmizlənməsi və havadan kəşfiyyatını aparır.

"Ruslar bu yaxınlarda azad edilmiş Novodarivka bölgəsində itirilmiş mövqelərini bərpa etməyə çalışırlar. Ötən gün cənubda 146 işğalçı məhv edilib, 229-u yaralanıb, 4-ü əsir götürülüb", - məlumatda deyilir.

Share on Facebook