Ukrayna qoşunları cənub cəbhəsinin iki istiqamətində irəliləyib və indi öz mövqelərində möhkəmləniblər.
Sozcu.az xəbər verir ki, bunu Ukrayna Baş Qərargahının spikeri Andrey Kovalyov deyib.
Onun sözlərinə görə, Ukrayna ordusu Melitopol və Berdyansk istiqamətində hücum əməliyyatlarını davam etdirir:
“Novodanilovka–Rabotino və Malaya Tokmaçka–Novofyodorovka istiqamətində uğur qazanılıb, ələ keçirilmiş mövqelərdə möhkəmlənmə aparılır”.