Ukrayna Silahlı Qüvvələri son bir neçə gündə Baxmut şəhərinin 20 kvadrat kilometrini Rusiya bölmələrindən azad edib.
Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar deyib.
Onun sözlərinə görə, Rusiya ordusu şəhərin daxilində irəliləməyə davam edir:
“Şəhər artilleriya ilə yerlə-yeksan edilir”.