Ukrayna Müdafiə Qüvvələri Rusiyanın işğal etdiyi Krıma və Krım körpüsünə zərbələr endirməyə davam edəcək.
Sozcu.az xəbər verir ki, bu sözləri Ukrayna müdafiə naziri Aleksey Reznikov deyib.
“Bu zərbələr rusların bizə qarşı mübarizə qabiliyyətini azaldacaq və ukraynalıların həyatını xilas etməyə kömək edəcək. Daha çox sursat, yanacaq, qida və s. almaq imkanlarını dayandırmaq üçün düşmənin logistik marşrutlarını məhv etmək normal bir taktikadır. Buna görə də bu taktikadan istifadə edəcəyik”, - nazir qeyd edib.