Ukrayna kəşfiyyatından ŞOK: “İşğalçı administrasiyanın nümayəndələri Krımdan çıxır"

“Rusiyanın yaratdığı administrasiyanın nümayəndələri Krımdan çıxmağa başlayıblar”.

Sozcu.az UNİAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Andrey Yusov müsahibəsində deyib.

Yusov bildirib ki, bunu aydın şəkildə müşahidə etmək mümkündür.

Onun sözlərinə görə, işğalçı administrasiyanın nümayəndələri xüsusilə ailə üzvlərini yarımadadan çıxarmağa çalışırlar: “Bəxti gətirənlər hətta Rusiyadan, ən azından Moskvadan çıxırlar”.

Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski bildirmişdi ki, müharibə Krımın azad olunması ilə başa çatacaq.

Share on Facebook