Ukrayna dronları Kerç boğazında Rusiyanın daha bir gəmisini vurdu

Avqustun 5-nə keçən gecə pilotsuz təyyarələr Rusiya bayrağı altında üzən tankerə hücum edib. 

Sozcu.az xəbər verir ki, Novorossiysk Dəniz Xilasetmə Koordinasiya Mərkəzindən TASS-a verilən məlumata görə, tankerin yanacağı dağılmayıb.

Tankerin özünə zərər dəydiyi dəqiqləşdirilir - maşın otağı zədələnib. Gəmidə 11 nəfər var. İtki olmayıb, ekipaj gəmidən çıxarılmayıb. Hadisə yerinə iki yedək gəmisi gəlib, lakin yedəkləmə məsələsi hələ də həllini tapmayıb.

Telegram kanallarında və sosial şəbəkələrdə buna qədər partlayışlar barədə məlumat verilib. Onların Krım körpüsü yaxınlığında baş verdiyi iddia edilsə də, Krım səlahiyyətliləri körpüyə hücum edilmədiyini bildiriblər. Sonradan məlum olub ki, zədələnən Rusiya tankeri "Sig”dir. Novorossiysk Dəniz Xilasetmə Koordinasiya Mərkəzi gəminin adını dəqiqləşdirməyib.

Share on Facebook