"Ukrayna cəbhədə aktiv əməliyyatlara hazırlaşır, bunlar qaçılmazdır"

Ukrayna cəbhədə aktiv əməliyyatlara hazırlaşır, bunlar qaçılmazdır.

Sozcu.az-ın məlumatına görə, bunu Ukrayna Prezidenti Vladimir Zelenski ənənəvi axşam videomüraciətində deyib.

“Ukraynanın müdafiəsi – bu gün Kiyevdə NATO rəhbəri Yens Stoltenberqlə danışıqlar məhz buna həsr olunub. Qaydalar əsasında bütün beynəlxalq asayişin qorunması. Biz Ramştayn görüşünə hazırlaşırıq və cənab Stoltenberqin mövqeyi vacibdir. Biz cəbhədə fəal hərəkətlərimizə hazırlaşırıq, bunlar qaçılmazdır”, - o vurğulayıb.

Prezident həmçinin əlavə edib ki, Ukrayna NATO-nun Vilnüsdə yayda keçiriləcək sammitinə hazırlaşır. Onun sözlərinə görə, Ukrayna alyansa müraciətinin təmin olunması üçün hər şeyi edib.

Share on Facebook