Ucar sakini bədbəxt hadisə nəticəsində ölüb.
Hadisə bu gün səhər saatlarında rayonun Yuxarı Şilyan kəndində baş verib.
Kənd sakini, 1977-ci il təvəllüdlü Hakim Hətəm oğlu Əhmədov kombaynın qabaq təkərinə hava vurarkən təkər partlayıb. Ağır xəsarət alan H.Əhmədov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.