Türkiyədə müxalif partiya liderlərindən ibarət “altılı masa” iclas keçirib.
Sozcu.az Türkiyə mediasına istinadən xəbər verir ki, iclasın gündəliyində əsas olaraq “altılı masa”nın ölkədə keçiriləcək prezident seçkilərinə vahid namizədinin müəyyən edilməsi daxil edilib.
İclasdan sonra müxalifət liderlərinin sözügedən namizədlə bağlı ortaq razılığa gəldikləri məlum olub. Namizədin adının isə martın 6-sı keçiriləcək növbəti iclasda elan ediləcəyi bildirilib.
Qeyd edək ki, “altılı masa”ya Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu, İYİ Partiyasının sədri Meral Akşener, Demokratiya Partiyasının sədri Gültekin Uysal, Saadet partiyasının sədri Temel Karamollaoğlu, DEVA Partiyasının sədri Ali Babacan və Gelecek Partiyasının sədri Ahmet Davutoğlu daxildir