Türkiyənin Qəhrəmanmaraş şəhərində şənlik mərasimində kütləvi dava olub.
Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumata görə, Dulqədiroğulları rayonunda baş verən dava zamanı 6 nəfər bıçaqlanıb.
Hadisə yerinə polis və təcili yardım cəlb olunub.
Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.
Hadisənin başvermə səbəbi məlum deyil. Araşdırma aparılır.