Türkiyənin Artvin, Van, Kayseri və Bartın vilayətində altı yer qeydə alınaraq “mütləq qorunmalı həssas ərazi” elan edilib.
Sozcu.az Türkiyə mətbuatına istinadən bildirir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bununla bağlı qərarı "Rəsmi Qəzet"də dərc edilib.
Qərarda sözügedən ərazilərdə bəzi yerlərin xəritə və eskizləri, sərhədləri, koordinatları yer alıb.