Türk Silahlı Qüvvələri Suriyanın şimalında 10 terrorçunu zərərsizləşdirib.
Sozcu.az-ın verdiyi xəbərə görə, bu barədə milli müdafiə naziri Hulusi Akar bildirib.
O qeyd edib ki, terrorla mübarizə qətiyyətlə davam edir.
“Son terrorçu zərərsizləşdirilənə qədər mübarizəmiz davam edəcək. Bütün məlum terror hədəfləri atəşə tutulub. 4 yaralımız var və onların müalicəsi davam edir. Suriyanın şimalındakı hücuma eyni şəkildə cavab verilib. 10 terrorçu zərərsizləşdirilib”, - o deyib.apa