Ötən gün onunla (Vladimir Putin – red.) danışdım. İranla dialoqda vasitəçilik təklif etdi.
Sozcu.az xəbər verir ki, bu açıqlama ilə ABŞ Prezidenti Donald Tramp çıxış edib.
“Mən də ona dedim: “Mənə bir yaxşılıq et, sən öz işində vasitəçilik et. Vladimir, gəl əvvəlcə Rusiya ilə Ukrayna arasında vasitəçilik edək, bundan sonra İran ətrafındakı vəziyyətlə bağlı narahat ola bilərsiniz”, - Tramp vurğulayıb.
Qeyd edək ki, Trampla Putin arasında telefon danışığı 14 iyunda baş tutub. Ötən gün ABŞ və Rusiya liderləri arasında telefon danışığı haqda rəsmi açıqlama yoxdur.