Trampdan ölümü haqda yayılan şayiələrə reaksiya

Həyatımda özümü bu qədər yaxşı hiss etməmişdim.

Sozcu.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp ölümü haqda yayılan şayiələrə cavab olaraq sosial şəbəkə hesabında yazıb.

Qeyd edək ki, 2 gün öncə Qərb sosial şəbəkələrində Amerika liderinin mümkün ölümü ilə bağlı şayiələr yayılıb. Səbəb 79 yaşlı prezidentlə bağlı gözlənilməz hallar yaranarsa, dövlət başçısının vəzifələrini öz üzərinə götürməyə hazır olduğunu bildirən vitse-prezident J.D.Vensin sözləri olmuşdu.

Share on Facebook