Tramp administrasiyası Qəzza Sülh Şurasında daimi yer üçün digər ölkələrdən ən azı 1 milyard dollar ödəmələrini istəyir.
Sozcu.az xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.
“Tramp şuraya sədrlik edəcək, üzvlüyə nəzarət edəcək, qərarları təsdiqləyəcək və vəsaitlərə nəzarət edəcək.
İlk ildə 1 milyard dollar töhfə verən ölkələr müddət məhdudiyyətlərindən azad olacaqlar”, - məlumatda bildirilib.
Qeyd edək ki, Sülh Şurasında ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff, prezidentin kürəkəni Cared Kuşner, Böyük Britaniyanın keçmiş baş naziri (1997-2007) Toni Bleyer və digər önəmli şəxslər də yer alır.
