Tramp Rusiyaya təzyiqi davam etdirməlidir - Sallivan

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Ukrayna münaqişəsinin həlli ilə bağlı razılaşmaların əldə olunmasına kömək edə bilər.

Sozcu.az xəbər verir ki, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib.

Sallivan bildirib ki, Tramp Kiyevə silah verməkdən imtina etməməlidir:

Onun sözlərinə görə, respublikaçı Rusiyaya siqnal göndərməlidir:

“ABŞ Ukraynanı dəstəkləməyə davam edəcək, siz ədalətli dünya qurmaq üçün ədalətli şərtləri qəbul etməyənə qədər Avropa Ukraynanı dəstəkləyəcək. Keçmişdə Rusiya hakimiyyət orqanları təzyiq altında olduqlarını hiss etdikləri müddətcə sövdələşmələrə hazır olduqlarını göstəriblər. Ona görə də düşünürəm ki, Tramp təzyiqi davam etdirməlidir”.

Share on Facebook