Tramp Maskı yenə “vurdu”: Relsdən çıxan qatar...

ABŞ Prezidenti Donald Tramp İlon Maskın yeni siyasi partiya yaratmaq planlarını tənqid edərək, onları gülünc və Vaşinqtonun siyasi sistemi üçün faydasız adlandırıb.

Sozcu.az xəbər verir ki, bu barədə Tramp jurnalistlərə açıqlamasında deyib.

“Hesab edirəm ki, üçüncü partiyaya başlamaq gülüncdür. Respublikaçılar Partiyası ilə çox böyük uğurlar əldə etmişik. Sistem həmişə iki partiya üzərində qurulub - üçüncü partiyalar heç vaxt işləməyib. O, əylənə bilər, amma bu, sadəcə, xaos əlavə edəcək”, - o bildirib.

Qeyd edək ki, daha sonra Tramp sosial mediadakı paylaşımında Maska qarşı “hücum”unu gücləndirib:

“Maskın tamamilə “relsdən çıxdığını” və mahiyyətcə QATAR olduğunu görmək məni kədərləndirir”.

Xatırladaq ki, Mask Amerika Partiyasının yaradıldığını elan edib.

Share on Facebook